BİZNES

“Crocus Group” 2021-2022-ci illərdə Bakıda 7 yeni restoran açacaq

“Crocus Group” 2021-2022-ci illərdə Bakıda 7 yeni restoran açmağı planlaşdırır.

ENA.az “İnterfaxs”a istinadən xəbər verir ki, bu barədə holdinqin ortaq sahibi Emin Ağalarov bildirib.

“Təkcə 2021-2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələr artıq portfelimizin məşhur markalarıdır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fich Box”, “Cafe Milano””, – deyə Ağalarov əlavə edib.

Ümumiyyətlə, holdinq 2021-2022-ci illərdə 1 milyard rubl investisiya qoymağı və 11 yeni restoran açmağı planlaşdırır, bunlara Azərbaycanda, Moskva regionunda mövcudluğunu gücləndirmək və Sankt-Peterburqda inkişafını davam etdirmək daxildir.

Hal-hazırda “Crocus Group” şirkəti “Shore House”, “Rose Bar”, “Lesnoy” və s. daxil olmaqla 52 restoranı idarə edir. 2020-ci ildə qrupun restoran biznesinin dövriyyəsi üç dəfə azalıb: iki il ərzində şirkət bu göstəricinin 70% böyüməsini gözləyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)