Vakansiyalar

İş axtaranlar üçün - 10 VAKANSİYA

VAKANSİYA 1

Sinteks Şirkətlər qrupu

Vəzifə: Mağaza menecerinin köməkçisi 

İşin rolu

Bu rol satışın təşkil edilməsinə və mağazanın idarə edilməsinə dəstək göstərir.

Vəzifə öhdəlikləri

• Müvafiq iş qrafikinə riayət olunmasına nəzarət etmək
• Aylıq satış planının hər bir satış təmsilçisi tərəfindən yerinə yetirilməsini təşkil etmək
• Bütün mağazaların təmiz olmasını və bütün qurğu və vasitələrin yaxşı vəziyyətdə olmasını təşkil etmək
• Mağazada müştəri xidmətinin yüksək standartlara uyğun olmasını təmin etmək
• VİP satışları həyata keçirmək
• Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini yazılı (e-mail) məlumatlandırmaq
• Ticarət salonunda nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək və bütün intizam pozuntuları haqqında rəhbərliyə vaxtında məlumat vermək.
• Zəruri hallarda mağaza menecerinin vəzifəsini yerinə yetirmək

Əsas tələblər

Təhsil:
• Ali təhsil

Təcrübə:
• Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi

Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
• MS Office Proqramlarını mükəmməl bilmək
• Müştəri xidmətləri
• Satış üsulları

Professional bacarıqlar və kompetensiyalar:
• İdarəetmə bacarıqları
• Liderlik
• Satış bacarıqları
• Ünsiyyət bacarıqları
• Zamanın idarəolunması
• Problem həll etmə
• Stressin idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

 

VAKANSİA 2

"Texnomart" mağazalar şəbəkəsi "Kredit mütəxəssisi" (Gəncə,İmişli və Siyəzən filialları üzrə) vakansiyasını açıq elan edir.

Namizədə tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı
• Kompüter bilikləri
• Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı

Vəzifələr

• Kreditin rəsmiləşdirilməsi üçün müraciətlərinin qəbulu və analizi
• Şirkətin kredit şərtləri barədə müştərilərin məlumatlandırılması
• Sənəd dövriyyəsinin idarəedilməsi
• Kreditlərin monitorinqi
• Hesabatların hazırlanması

Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@srgroupco.com e-mail ünvanına subject/mövzu hissəsində "Kredit mütəxəssisi" yazıb göndərə bilərsiniz.

 

VAKANSİYA 3

“Aral Group”MMC şirkəti ,Bakı şəhərində tikilməkdə olan yaşayış kompleksinə satış meneceri (mənzil satışı) vakansiyası elan edir.

Namizədə verilən tələblər:

- Ən az iki il ,mənzil satışında təcrübəsi olmalıdır.
- Təhsil:Ali
- Cinsi: Kişi
- Səlis Azərbaycan dili və rus dili bilməsi
- Xoş və səligəli zahiri görünüş
- İşgüzar və hədəf yönlü
- Məsuliyyətli,dürüst və ünsiyyət qurma bacarığı ,alıcılarla nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
- Yüksək danışıq qabiliyyəti,fikrin aydın izah etmək qabiliyyəti və aktiv satış bacarığı
- İş saatı 09:00-18:00 (Həftənin 6 günü )

E-mail: ehlimanhuseynov@aralgroupbaku.com

 

VAKANSİYA 4

TuranBank ASC üzrə vakant vəzifəni Sizə təqdim edirik.

Vəzifə: Risklərin idarə edilməsi departamentinin direktor müavini

Namizədə olan tələblər:

• Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
• Ən azı 2 (iki) il bank və ya kredit təşkilatında rəhbərlik təcrübəsi;
• Rus və İngilis dillərində yazma, oxuma və danışma bacarığı;
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
• Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Liderlik və işçi heyətini idarəetmə bacarığı;
• Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

• Bankın strategiyasının hazırlanmasında iştirak edir, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
• Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
• Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
• Beynəlxalq praktika və yerli qanunvericiliyə əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, müasir risklərin idarə olunması sisteminin yaradılmasını təmin etmək;
• Bankın risklərinin müəyyənləşdirilməsi (tanınması), qiymətləndirilməsi (təhlili) və onlara nəzarət mexanizmlərinin qurulması üzrə metodologiyanın hazırlanmasına dəstək vermək;
• RİED-in fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “RİED direktor müavini” yazmağı unutmayın.

 

VAKANSİYA 5

Pasha Capital

Komplayns və hüquqi işlər üzrə mütəxəssis

Vəzifənin məqsədi:

- Komplayns üzrə Şirkətin siyasətini həyata keçirmək:
- PL/TMM sahəsində məsələlərin aparılması və icrasına dəstək
- FATCA/CRS sahəsində məsələlərin aparılması və icrasına dəstək
- Korporativ hüquq işlərinin aparılması:

Vəzifə öhdəlikləri:

- Komplayns üzrə qüvvədə olan qanunvericilik və müvafiq sahə üzrə Şirkətin daxili qaydaları ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi;
- Komplayns üzrə Şirkətin əməkdaşlarına mütəmadi təlimlərin keçirilməsi və vaxtaşırı təlimatlandırılması;
- Şirkətin tərəfdaşları (investisiya şirkətləri, kommersiya və kastodian banklar) tərəfindən Komplayns üzrə göndərilən sorğuların cavablandırılması;
- Komplayns üzrə Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- FATCA/CRS üzrə qüvvədə olan qanunvericilik və müvafiq sahə üzrə Şirkətin daxili qaydaları ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi;
- Şirkətin müştəriləri, tərəfdaşları və təchizatçıları ilə bağlanılan müqavilələrdə hüquqi risklərin müəyyən edilməsi məqsədi ilə onların təhlil edilməsi və zərurət yarandıqda yeni müqavilələrin hazırlanması;
- Şirkətin fəaliyyətinin hüquqi aspektləri ilə bağlı yaranan sorğu və sualların cavablandırılmasıYeni investisiya məhsullarının və xidmətlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına dair araşdırmaraların aparılması.
- AR MB-da Şirkətin rəhbərliyi üçün nəzərdə tutulan attestasiya üzrə tələb olunan sənədlərin toplanması, inzibatçılar barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməsi ilə bağlı hüquqi yardım göstərilməsi
- İnsan Resurları əməkdaşlarına intizam xarakterli tədbirlərin görülməsində, əmək müfəttişliyi və digər idarəetmə orqanları ilə görüşlər keçirilməsində hüquqi yardım göstərilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən sair hüquqi tapşırıqların icrası
- Şirkətdaxili normativ sənədlərin hazırlanması və icrasına hüquqi dəstək;
- Şirkətin struktur bölmələrini hüquqi məsləhətlərlə təmin etmək;

Tələb edilən bilik, bacarıq və təcrübə:

- Təhsil: Mülki hüquq
- Bilik: Komplayns və qiymətli kağızlar bazarı sahəsi üzrə biliklər üstün tutulur
- Bacarıq: Analitik düşünmə və qısa zamanda öyrənmə qabiliyyəti
- Azərbaycan dilində sərbəst ünsiyyət və yazma qabiliyyəti
- İngilis dilində yaxşı ünsiyyət və yazma qabiliyyəti
- Təcrübə: Korporativ hüquq sahəsində, xüsusilə də maliyyə sahəsində təcrübə;
- PL/TMM, FATCA/CRSsahələri üzrə təcrübə üstün tutulur
- Qiymətli kağızlar bazarı üzrə təcrübə üstün tutulur

Maraqlanan namizədlərdən CV-lərini sariyya.abuzarli@pashacapital.az ünvanına mövzu başlığında “Komplayns və hüquq üzrə mütəxəssis” yazaraq göndərmələri rica olunur.

 

VAKANSİYA 6

VTB Bank

Komplayens üzrə mütəxəssis / aparıcı mütəxəssis

Tələblər:

• Ali təhsil (hüquq və ya maliyyə sahəsində);
• Stressə davamlılıq və tez qavrama qabiliyyəti;
• Azərbaycan, rus və ingilis dillərini bilmək;
• Böyük həcmli məlumat və sənədlərlə işləmək bacarığı;
• Qərarlar qəbul edə bilmək, öz üzərinə məsuliyyət götürməyə hazır olmaq;
• Təcrübəli PK istifadəçisi (Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook).

Aşağıdakılara üstünlük veriləcək:

• Bankda antikorrupsiya komplayens sistemini qurma təcrübəsi;
• Korporativ hüquq, korporativ idarəetmə sahəsində iş təcrübəsi;
• Risklərin idarə edilməsi sahəsində iş təcrübəsi;
• Təşkilatda proseslərin və nəzarətlərin avtomatlaşdırılması sahəsində təcrübə;
• Hesabatlıq tərtib etmək, analitik iş, sənədlərlə işləmək (sənəd yaratmaq, müqayisə etmək, lokal normativ aktlara dəyişikliklər etmək) təcrübəsi.

Vəzifələr:

• Bankın tələblərinə uyğun olaraq daxili nəzarət prosedurları və daimi cari müşahidə prosedurlarına riayət olunmasının yoxlanılması;
• Əməkdaşlar üçün konsultasiyaların keçirilməsi və komplayens məsələləri üzrə bölmələrə metodoloji dəstək (o cümlədən təlimlərin keçirilməsi);
• Daxili nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
• Komplayens məqsədləri üçün daxili normativ sənədlərinin (Əsasnamələr, Təlimatlar, Metodologiyalar və s.) yenilənməsi, dəyişikliklərin daxil edilməsi, təsdiqlənməsi və tətbiqi;
• Şirkətdə risklərin qiymətləndirməsinin aparılması və tənzimləyici risklərin aradan qaldırılması/azaldılması üçün tədbirlərin görülməsi;
• Yeni məhsulların işə salınması zamanı layihə sənədlərinin təhlili.

Şəxsi anket forması hr@vtb.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

 

VAKANSİYA 7

AzEstetik Group

Borc qaytarma üzrə mütəxəssis

İş haqqında məlumat

- Müştərilərin axtarışı təşkil etmək və Borclunun bütün mümkün əlaqələrini araşdırmaq
- Gecikmə səbəblərinin araşdırılması və müştərilər ilə əlaqələrin bərpa edilməsi
- Borcların qaytarılması üçün kompleks tədbirlərin görülməsi, borclu müştərilər ilə ödənişin təmin edilməsi
- Qət edilmiş məhkəmə qərarları üzrə hər bir borclunun ödənişini təmin etmək üçün aidiyyatı məhkəmə icraçıları ilə işlərin görülməsi və borclunun ünvanı ilə icra məmurları ilə bir arada daim əlaqə saxlayıb borcları borcludan tələb etmək
- Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi

Namizədə tələblər

- Ali təhsil
- Kredit və ya Borc qaytarılması üzrə mütəxəssis kimi ən azı 1 il iş təcrübəsi
- Bankların borc qaytarma mütəxəssislərinə üstünlük veriləcəkdir
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmə
- Stress altında işləmək qabiliyyəti və çətin vəziyyətlərin həlli yollarının müəyyən edilməsi
- Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəriciləri olmalı
- Müştərilər ilə yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı

E-mail: cv@azestetik.az

 

VAKANSİYA 8

XALQ BANK

Vəzifə: Bankın Biznesin inkişafı İdarəsinin Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
• Ən azı 2 il bankda, müvafiq sahədə iş təcrübəsi;
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Microsoft Office proqramlarından istifadə bacarığı;
• Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

İŞİN TƏSVİRİ:

• Banka yeni tərəfdaşlar cəlb olunması üçün tədbirlər görmək və onlarla əlaqələri idarə etmək;
• Tərəfdaşlarla xüsusi əməkdaşlıq şərtlərinin tətbiqinə dair danışıqların aparılması və təməkdaşlığın təşkili;
• Mövcud və yeni cəlb olnumuş müştərilərə Bankın ekvayrinq xidmətlərinin satışını həyata keçirmək;
• Bankın loyallıq proqramının icrası və inkişaf etdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
• Potensial müştərilərlə görüşlərin və bank məhsullarının təqdimatının keçirilməsi;
• Tərəfdaş şirkətlərin əməkdaşlıq şərtlərinə əməl etməsinə dair nəzarətin həyata keçirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

 

VAKANSİYA 9

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

SMM, Qrafik və Video Dizayner

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində SMM, Qrafik və Video Dizayner vəzifəsinə müraciət etmək üçün özünə güvənən namizədləri dəvət edirik. Karyera yüksəlişi və böyük imkanlar təmin edən təşkilatımızda təcrübəli, dinamik, yaradici və komandaya uyğunlaşmağı bacaran əməkdaş axtarırıq.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi. Bu mövcud işlərin nümayiş edilməsindən aslı olaraq hesab edilir;
• Azərbaycan dili üzrə mükəmməl danışıq və yazma qabiliyyəti;
• İngilis və Rus dillərində orta səviyyədə danışıq və yazma qabiliyyəti;
• Adobe Photoshop; Corel Draw və ya Adobe İllustrator proqramlarını bilmək;
• Adobe Premier (Orta səviyyədə);
• SMM
• İşə yaradıcı yanaşmaq və kreativlik;
• Punktual və pozitiv olmalı;
• Komandada işləmək bacarığı;
• Bakalavr dərəcəsi olanlara üstünlük verilə bilər;

ÖHDƏLİKLƏR

• Sosial şəbəkə, Web səhifə və promo məhsulların dizayn olunması;
• Kontentin hazırlanması və yerləşdirilməsi;
• Kreativ ideyaların verilməsi;
• Sosial şəbəkələrin idarə olunması;
• Marketinq və satışla bağlı komandaya dəstək verilməsi (Ehtiyac olarsa);

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla hr@mtk.edu.az elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.

Əmək haqqi ixtisas səviyyəsinə görə müəyyənləşdiriləcək.

Son müraciət tarixi: Mart 29, 2021

 

VAKANSİYA 10

Şirkət: Morgan Trade

Vəzifə: Satış meneceri

• Aktiv, məqsədyönlü, işini sevən olmalı;
• Yüksək şifahi ünsiyyət bacarığı;
• Yaxşı təqdimat bacarıqları;
• İnandırma bacarığı
• Təşəbbüskarlıq
• Dil bilikləri – Azərbaycan dili , Rus dili arzu ediləndir
• Kompüter bilikləri – MS ofis proqramları
• Təcrübə - 6 ay -1 il

Vəzifə öhdəlikləri:

• Müştərilərlə görüşlərin keçirilməsi ;
• Şirkətin xidmətlərinin satışının təşkil edilməsi ;
• Müştərilərin ehtiyaclarının təyin edilməsi ;
• Aylıq satış hesabatlarının hazırlanıb rəhbərliyə təqdim edilməsi ;
• Rəhbərliyin digər aidiyyatı tapşırıqlarının icra edilməsi

İş barədə məlumat:

• Əmək haqqı – razılaşma yolu ilə
• Karyera yüksəlişi
• İş saatı 9:00-dan 18:00-dək, həftənin 5 günü

E-mail: Info@morgantrade.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department