BİZNES

Türkiyə kiçik biznesi gəlir vergisindən azad edir, bəyannamə vermək öhdəliyini ləğv edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi islahat paketini açıqlayır.

ENA.az xəbər verir ki, islahat paketində aşağı gəlirli kiçik biznesin vergidən azad olması da nəzərdə tutulur. Təxminən 850 min mikro və kiçik biznes gəlir vergisindən azad olunacaq, bəyannamə vermək öhdəliyi də ləğv ediləcəkdir.

Türkiyə Rəqəmsal Vergi Dairəsi işə salınacaq. Elektron vergi assistenti sistemi istifadəyə veriləcəkdir.

Vergi yoxlamalarında standart və proqnozlaşdırılan modellərə keçiləcəkdir. Mükəlləflərin uzunmüddətli yoxlamalardan qaynaqlanan çətinlikləri həll ediləcəkdir.

Ərdoğan, real sektor şirkətlərinin istiqraz emissiyalarına dair İstiqraz Zəmanət Fondu yaradılacağını, iqtisadiyyatdakı inkişafları izləmək üçün Vitse-Prezident ilə Xəzinə və Maliyyə Nazirinin rəhbərlik edəcəyi iki yeni qurum yaradılacağını söyləyib. Ərdoğan, qiymət sabitliyi üçün də yeni bir komitə yaradılacağını, dövlət tərəfindən tənzimlənən qiymətlərin artırılmasının hədəf inflyasiyaya görə ediləcəyini açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)