ENA+

İş adamı içində 500 milyon dollarlıq bitkoin olan noutbukunu itirdi

Saxta xəbərlər paylaşan veb-saytın qurucusu Aleks Cons içində 10 000 bitkoin olan noutbukunu itirdiyini açıqlayıb.

ENA.az bu barədə “Secretmag”a istonadən xəbər verir.

Qeyd edək ki, iş adamının kriptoaktivlərinin dəyəri 500 milyon dollardan çox olub.

“Flagrant 2”ə verdiyi müsahibədə Cons kriptovalyutasını 2011-ci ildə televiziya aparıcısı Maks Kayzerdən hədiyyə aldığını bildirib. Həmin ildə bir bitkoinin qiyməti 5 dollardan az olsa da, aparıcı onda dünya valyutasına çevrilmə perspektivini görüb.

Consun noutbukunu itirməsi ilə bağlı hekayəsini gördükdən sonra, Kayzer öz “Twitter” səhifəsində 10 il əvvəl dostuna belə bir hədiyyə təqdim etdiyini təsdiq edib.

Xatırladaq ki, daha əvvəl virtual cüzdanlardan təxminən 140 milyard dolların “ilişdiyi” məlum olub. Bu, bitkoinin ümumi aktivlərinin 20%-dir. Mütəxəssislərin sözlərinə görə, kriptovalyutanın cüzdanlarda “ilişməsinin” səbəbi parolun unudulmasıdır, eyni zamanda onun bərpa edilməsinin çətin olmasıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)