BİZNES

ASK Komissiyasına yeni sədr seçilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Menecment Komissiyası”nın iclası keçirilib. İclasda komissiyanın yeni sədri – Camid Mövsümov seçilib. Komissiyanın qarşıdakı fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və iş planı açıqlanıb.

ENA.az bu barədə ASK-a istinadən xəbər verir.

Sonra Komissiyanın tərkibində fəaliyyət göstərəcək – “Biznesdə transformasiyaların uğurlu tətbiqi”, “Rəqəmsallaşmada insan kapitalının rolu” işçi qruplarının yaradılması qərara alınıb.

“Biznesdə transformasiyaların uğurlu tətbiqi”işçi qrupunun əsas hədəfi rəqəmsallaşan dünyadakı trendlərə uyğun şəkildə ölkəmizdə fəaliyyət göstərən təşkilatların uğurlu transformasiya fəaliyyətinə töhfə verməkdir. Edqar Abdullayevin rəhbərlik edəcəyi bu işçi qrup daxilində 7 üzv ilkin mərhələdə fəaliyyət göstərəcəkdir. Üzvlər məqsədyönlü şəkildə fərqli sahələrdən seçilmişdir. Komitəyə Türkiyədən də mütəxəssis cəlb olunmuşdur.

“Rəqəmsallaşmada insan kapitalının rolu” işçi qrupu – insan resursları fəaliyyətinin peşəkar və rəqəmsal şəkildə qurulması prosesinə töhfə vermək, işə qəbul prosesinin avtomatlaşdırılması fəaliyyətinin həyata keçirilməsində müasir təcrübənin bölüşdürülməsini hədəfləyir. Çimnaz Qasımovanın rəhbərlik edəcəyi işçi qrupda xarici peşəkarların iştirakı da təmin olunmuşdur.

Həmçinin işçi qrupda “Menecerlərin Xüsusi İnkişaf Proqramı”nın tətbiqi də nəzərdə tutulur. Menecmentin xüsusi kvalifikasiya proqramı olan bu proqramla əlaqədar olaraq Türkiyənin Bahçeşehir Universiteti ilkin razılıq əldə olunmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department