Sosial iqtisadiyyat

Logistika şirkəti “SOCAR-AQŞ”i məhkəməyə verib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCAR-AQŞ” MMC barəsində məhkəməyə müraciət edilib.

ENA.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinə bununla bağlı müraciəti “Formag-Baku” MMC edib.

Məlumata görə mübahisə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə baş verib.

Qeyd edilir ki, logistika şirkətinin kommersiya məhkəməsinə üz tutması səbəbi daşıma müqaviləsi üzrə yaranan mübahisələrlə bağlıdır.

“SOCAR AQS” MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir.

“Formag-Baku” MMC isə 2004-cü ildən fəaliyyət göstərir. Şirkət əsasən dəniz və quru yollarla yükdaşıma xidmətlərini həyata keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)