Dzen buddizmin qaydaları
Dzen buddizmi – öz həyatının ustadına çevrilmiş adam harda olursa olsun, özünə münasibətdə layiqincə davranar.
Gülü tanımaq gül olmaqdır.
Həyatı olduğu kimi qavramaq və həyatı həyat kimi qorumaq.
Alimlər öldürürsə, rəssamlar bərpa etməyə çalışır. Sonuncu bilir ki, parçalamaqla həqiqətə çatmaq olmaz.
Görmək kifayət deyil, onun daxilinə nifuz etməli, onun həyatını yaşamalısan.
Kəmiyyətlər sonsuzluğa can atır, lakin bir gün dərk edəcəklər ki, gerçəklik tora düşmür.
Təbiət xaotikdir, sonsuz imkanlar xəzinəsidir.
Hamımızın alim olmağını gözləmək olmaz, lakin biz təbiətdən elə yaradılmışıq ki, sənətkar ola bilərik. Rəssam, musiqiçi, heykəltaraş deyil, həyatın sənətkarı. Bunu bilmədiyimizdən çoxumuz uğursuzluğa düçar olmuşuq. Nəticədə də həyatımızın altını üstnə çevirmişik.
Onun davranışı küləyin əsməyi kimidir, harada istəyir orada da əsir.
Diri olduğun müddətdə ölü ol, tamamən ölü və istədiyini et.
Tanrini sevmək “məni” itirmək, ağlın fövqünə yüksəlməkdir.
Məhculluq bizi ağlımızla əlaqələndirir, onların səssiz ünsiyyətdə olması lazımdır.
İnsan sənətin yüksək səviyyəsinə qədər məşq etdirilibsə, onun ağlı güzgüyə çevrilir, bu güzgüdə rəqibin ağlındakı fikrin hər hərəkəti əks olunur. Bu zaman da o rəqibə harda və nə zaman zərbə endirəcəyini bilir.
Yerin ağlı ilə həmahəng olan döyüşçü, bu ağla qarşı olan hər şeyə qalib gələr.
Döyüşçünün ən sürətli və güclüsü deyil, ağıllısı qalib gələr.
Görmədiyin bir əjdahanın şəklini çəkmək istəyirsən? – onda hər kəsdən uzaq ol, otağına çəkil, özünə qapan, ağlını özünə cəmlə. Onun rəsmini çəkməli olduğun zaman, vaxt özü yetişəcək. Bu sənin əjdaha olacağın an olacaq və içindəki əjdaha səndən ona forma verməyi tələb edəcək.