Bank sektorunun aktivləri artıb
Azərbaycanın bank sektorunun aktivləri bu il noyabrın 1-nə 29 690,2 mln. manat təşkil edib.
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.
Sektorun aktivlərinin 10 352,7 mln. manatını və yaxud 34,9%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 2,95% böyüyüb.
Hesabat dövründə bankların cəmi öhdəlikləri 9,9% artaraq 25 518,2 mln. manata, o cümlədən cəmi depozit portfeli 18,6% artaraq 18 548,2 mln. manata çatıb. Bunun 8 057,9 mln. manatı fiziki, 10 490,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Son 1 ildə əhalinin banklardakı əmanətləri 11,1%, şirkətlərin banklardakı vəsaitləri isə 25% artıb.
Bu müddətdə bank sektoru Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 30,4% azaldaraq 394,6 mln. manata endirib.
Sektorun cəmi kapitalı isə 34,8% artaraq 4 172 mln. manat təşkil edib.