Sosial iqtisadiyyat

Mübariz Mənsimovun məhkəməsi başladı - YENİLƏNİR

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.

ENA.az xəbər verir ki, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib:

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.

***

M. Mənsimova söz verilib: “Nə FETÖ, nə də itlərinə 1 qəpik vermədim, vermərəm də. Əksinə, yalnız dövlətimizə kömək etmişəm. Mən bəraətimi istəyirəm”.

***

Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsində vəkil Ersan Şen müdafiə ilə çıxış edib.

Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

F.Quliyeva qeyd edib ki, vəkil hakimin hazırladığı qərarda üzvlük və yardım hissəsinə yenidən baxılmasını tələb edib:

“De ki bir gəmini verdim FETÖ-yə yox, sübut yox! İstək yox! Şahid yox! Sənəd yox! Müdafiə etdiyim şəxsi zorla niyə FETÖyə üzv etdirmək istəyirsiz? Biz sübut etdikcə, siz zorla “yox, üzvü olsun” deyirsiz. Bir sübut-dəlil  olmadan nəyi sübut etmək istəyirsiz?! Bu bankdan o banka pul göndərdi desinlər, raporlar təmiz. Əldən verdi desinlər - o da yox! Mübariz Qurbanoğlu nə FETÖ üzvüdür, nə də hər hansısa bir yardım etdi.

Məhkəməyə şəkillər təqdim edildi. Və şəkillərdə, “Palmali”də işləyərək ona qarşı ifadə verənlər 2019-2020-ci illərdə yanında, çiyin -çiyinədirlər. Düşmənlik edən yan-yana xoşbəxtlik tablosu saçan şəkildə ola bilirlərmi? Məlumdur ki, bu qəsdən edilir. Biz hakimin yardımla bağlı bəyanını qəbul etmirik. Çünki onu əsaslandıracaq heç bir sübut yoxdur”.

Vəkil Mübariz Mənsimovun təxliyəsini yox, bəraət istəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)