Sosial iqtisadiyyat

Türkiyədə Azərbaycandan gömrük vergisiz çay idxalına etiraz

Türkiyə Preidentinin imzaladığı saziş ilə Türkiyəyə Azərbaycandan vergisiz çay idxalına icazə verilib.

ENA.az xəbər verir ki, CHP-nin Rizə sədri Saltuk Deniz qərara sərt reaksiya göstərib.

Saltuk Deniz, "Bu qərar ilə, Rizəli çay istehsalçılarına xəyanət edilib. Rizəlinin istehsal etdiyi çaylar anbarlarda kiflənərkən, Azərbaycandan gömrüksüz çay idxal edilməsinə bir məna verə bilmirik. ÇAYKUR-un 100 min tondan çox stoku (anbar ehtiyatı) var. Gömrüksüz çay idxalına icazə verilən Azərbaycanın cəmi illik çay istehsal miqdarı min tondur. Bunun 300 tonunu Türkiyəyə ixrac edəcək. Azərbaycanda illik çay istehlakı isə 2 min tondur. Ölkə istehsal etdiyi çay qədər xaricdən də çay satın alır. Türkiyə isə, öz vətəndaşının çay tələbini qarşılamaq üçün xaricdən çay idxal edən Azərbaycandan çay alacaq" deyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)