Axtar

Yəməndəki qiyamçılar "Saudi Aramco"nun obyektini raket atəşinə tutub

Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti - “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub.

“ENA” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib.

Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33