Nazirlik 17 milyon manatlıq TV və radio yayım avadanlığı alacaq
Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün rəqəmli TV və FM radio yayım avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"ENA" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Vigintos Elektronika” QSC-dir.
Qalib şirkətə 17,044 milyon manat ödəniləcək.