Qarabağ

Yerevan xarici qonaqların Xankəndiyə Bakının icazəsi olmadan buraxılmasını İSTƏYİR

Ermənistanın diasporla iş üzrə ali komissarı Zare Sinanyan Rusiyada səfərdədir.

ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sinanyan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə bir müddətə əvvəl apardığı danışıqlardan bəhs edib.

“Ermənistan Rusiya ilə xarici qonaqların, diaspor nümayəndələrinin Qarabağa buraxılış rejimini müzakirə edir”- deyə Sinanyan söyləyib. Onun fikrincə, Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa getmək istəyən şəxslərə Rusiya sülhməramlı kontingenti müəyyən güzəştlər tətbiq etməlidir.

Zare Sinanyan danışıqların davam etdiyini və konkret razılaşmanın əldə olunmadığını əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)