MALİYYƏ

Azərbaycana pul köçürmələri artıb - 542 MİLYON DOLLARA YAXIN MÜSBƏT SALDO

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri 10,7%, xaricə pul köçürmələri 5,3% artıb, köçürmələr üzrə müsbət saldo 541,8 mln. dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.

“Tədiyə balansının məlumatına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri 870,7 mln. dollar təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,7% çoxdur”, - AMB-dən qeyd ediblər.

Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycandan xaricə pul köçürmələri 5,3% - 261,5 mln. dollara qədər artıb.

Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 3,1 dəfə ötüb.

“Nəticədə, 2018-ci ilin yanvar-sentyabr aylarında pul köçürmələri üzrə müsbət saldo 541,8 mln. dollar təşkil edib”, - bankdan qeyd ediblər.

2017-ci ilin yekunları üzrə pul köçürmələri üzrə müsbət saldo  677,3 mln. dollar təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)