MALİYYƏ

Azərbaycanın qeyri-dövlət borcu üzrə PROQNOZ AÇIQLANDI

“S&P Global Ratings” (“S&P”) reytinq agentliyi Azərbaycanın qeyri-dövlət borcunun 2021-ci ilin sonuna 9,5 mlrd. ABŞ dolları təşkil edəcəyəni proqnozlaşdırır.

2020-ci ilin yekunlarına əsasən, bu göstərici 9 mlrd. dollara bərabər olub. Beləliklə, gözləntilərə əsasən, ölkənin qeyri-dövlət borcu 5,6% artacaq.

“S&P” qeyd edir ki, 2020-ci ildə Azərbaycanın qeyri-dövlət borcu ölkənin ümumi borcunun 63,2%-ni təşkil edib. Dövlət borcunun 97,7% uzunmüddətli sabit faizli, 2,3%-i isə qısamüddətli borclar olub. Ölkənin ümumi borcunun 57,9%-i xarici valyutadadır. Bundan əlavə, ümumi borcun 36,9%-i beynəlxalq maliyyə qurumlarına olan borcların payına düşür.

Agentliyin araşdırmasına görə, inkişafda olan ölkələr arasında 2020-ci ilin sonuna ən yüksək qeyri-dövlət borcu Misirdə (292,1 mlrd. dollar və ya ümumi borcun 85,6%-i) olub. Ölkənin bu göstəricisinin 2021-ci ildə 314 mlrd. dollara çatacağı proqnozlaşdırılır. Sözügedən göstəriciyə görə ikinci olan Rusiyanın isə 2020-ci ilin sonuna 228,5 mlrd. dollar (ümumi borcun 99,6%-i) həcmində qeyri-dövlət borcu yığılıb. “S&P”nin proqnozlarına əsasən, bu göstəricinin 2021-ci ilin sonuna 270,4 mlrd. dollara qədər artacağı güman edilir.

Qeyd edək ki, “S&P”nin təxminləri hökumətlər adından dərc olunan borclar üzrə göstəricilərə əsaslanır. Yerli və sosial təminat borcları, digər dövlət qurumları tərəfindən verilmiş borclar və hökumət tərəfindən zəmanət verilən öhdəliklər bura daxil deyil.

Qeyri-dövlət borcu alətləri baxımından agentlik bura müddəti bir ildən çox olan və ya ümumi bazarlarda çıxarılan və ya xüsusi yerləşdirmə şəklində satılan istiqrazları və kommersiya banklarının alınan borclarını daxil edir. Pul siyasəti çərçivəsində mərkəzi banklar tərəfindən verilə biləcək dövlət borcları bura daxil deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)