Sosial iqtisadiyyat

Füzuli aeroportu şirkət kimi qeydiyyatdan keçdi

Azərbaycanda nizamnamə kapitalı 35 milyon 350 manat olan Füzuli Hava Limanı MMC qeydiyyata alınıb.

ENA.az xəbər verir ki, Dövlət Vergi Xidməti 28 yanvar 2021-ci ildə Füzuli Hava Limanı MMC-ni qeydiyyata alıb.

Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin yanvarında Füzuli şəhərindəki hava limanının təməlini qoydu. Hava limanının uçuş-enmə zolağı (pist) 2,8 min metr olacaq. Hava limanının istismara verilməsi 2021-ci ilin yazına planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)