MALİYYƏ

Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin fevral ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74,9 bənd təşkil edib.

“ENA” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 bənd çoxdur.

Bu ilin fevral ayının 1-nə manatın real effektiv məzənnəsi isə 100,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3 çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department