Sosial iqtisadiyyat

Azərbaycan yeni valyuta gətirən məhsul ixracına başlayıb

Azərbaycan 2020-ci ildə 11.48 milyon dollar həcmində xaricə pendir ixrac edib. Bu da öncəki illə müqayisədə 36% artımdır.

ENA.az bildirir ki, ötən il artıma əsas səbəb, Azərbaycanın ilk dəfə xaricə əridilmiş pendirlərin ixracına başlamasıdır. Belə ki, pendir ixracının həcmi 2020-ci ildə 812.68 ton olub, bu da, 5.60 milyon dollar həcmində valyuta axınıdır. Bu pendirin hər kiloqramının qiyməti 6.89 dollar olub.

Azərbaycan əridilmiş pendiri yalnız Rusiya Federasiyasına ixrac edib.

Adi pendirin ixrac həcmi isə 1 225 ton təşkil edib, bunun da idxal dəyəri 5.88 milyon dollar təşkil edir. Bu məhsulun hər kiloqramı üzrə qiyməti 4.80 dollar olub.

Adi pendirin ixrac həcmi öncəki ildə 1 515 ton həcmdə olmaqla 8.42 milyon dollar valyuta gətirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)