Elm və Texnologiya

“Azərkosmos” və “View Satellite Network” şirkəti müqavilə imzalayıb

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ENA.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.

Şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır və yüksək keyfiyyətli infrastrukturu ilə video məzmunun kanallara asanlıqla paylanmasını təmin edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department