BİZNES

Azərbaycanda sahibkar qadınların əsas problemləri açıqlandı

“Sahibkar Xanımlar Birliyin üzvü olan 7 mindən çox sahibkar qadının bankla bağlı əsas şikayəti kredit ala bilməmələri ilə bağlıdır”.

“ENA” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, tədbirin təşkilatçısı olan Sahibkar Xanımlar Birliyinin sədri Zemfira Ağayeva deyib.

Onun sözlərinə görə, bu sahədə ən böyük problem bəzi bankların kredit verərkən həm zamin, həm də girov istəmələri, bəzi banklar tərəfindən isə qadınlara nisbətən irəliləyiş olsa da, böyük kreditlər vermirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)