Sağlamlıq

SARS-CoV-2-nin yeni versiyası 11 dəfə daha ölümcüldür

  Keçən ilin sentyabr ayından SARS-CoV-2-nin yeni versiyasını müşahidə etmiş alimlər əldə edilmiş nəticələrdən narahatdırlar. Belə ki, SARS-CoV-2-nin bu versiyası daha yoluxucudur, xəstənin intensiv terapiya şöbəsinə yerləşdirmə ehtimalını daha da yüksəldir və COVID-19-dan ölüm şansını qat-qat yuxarı qaldırır. Bundan əlavə olaraq bu yeni versiya antibədənlərə qarşı bir qədər dözümlüdür. Bu isə öz növbəsində vaksinlərin effektivliyini aşağı salma ehtimalına gətirib çıxardır. Bu barədə Sciencemag.org saytı xəbər verib.  

San Fransiskodakı Kaliforniya Universitetinin alimləri tərəfindən əldə edilmiş məlumatlar onu göstərirlər ki, SARS-CoV-2-nin yeni versiyası (B.1.427 və B.1.429 adlı variantlar) bir insandan digərinə daha sadə yolla keçir və COVID-19-un ağır formasının keçirilməsi ilə ölüm şansını yuxarı qaldırır.

    Təkcə Kaliforniyada keçən ilin sentyabr ayından bu ilin yanvar ayına kimi SARS-CoV-2-nin bu variantının yoluxma göstəricisi 0-dan 50%-ə yüksəlib. Hal hazırda virusun bu variantına ABŞ-ın digər ştatlarında da rast gəlinir. Buna görə də alimlər bu variantın real təhlükəsini və pandemiyanın gedişatına potensial təsirini öyrənmək istəyiblər. Alimlər COVID-19-a sahib 324 nəfərin məlumatlarını müşahidə ediblər. Cins, yaş, etnik mənsubiyyət də daxil olmaqla mümkün faktorların nəzərə alınmasından sonra məlum olub ki, SARS-CoV-2-nin digər versiyalarından fərqli olaraq aşkar edilmiş bu versiyada xəstələrin intensiv terapiya şöbələrinə yatırılma ehtimalları 4.8 dəfə, ölüm riskləri isə 11 dəfə daha yüksək olub.

    Alimlər yeni variantın yüksək yoluxma özəlliyini xəstələrin nəfəs alma yollarına olmuş yüksək virus yüklənməsi sayəsində təyin ediblər. Alimlər bildiriblər ki, bu cür xəstələrin burunlarında virus miqdarı daha çoxdur. Bu isə həmin şəxsləri digər insanlar üçün təhlükə mənbəyinə çevirir. Bundan əlavə olaraq B.1.429 adlı variant neytrallaşdırıcı antibədənlərə 4 dəfə daha az həssas, daha öncədən Pfizer və Moderna adlı vaksinlər vasitəsilə müalicədən keçmiş şəxslərin qanlarındakı antibədənlərə qarşı isə 2 dəfə daha az həssas olub. Əldə edilmiş məlumatların statistik əhəmiyyətlərinə baxmayaraq hələ yekun nəticələr təqdim etmək üçün tezdir. SARS-CoV-2-nin yeni variantına yoluxmuş şəxslər COVID-19-u pandemiyanın ən ağır aylarında keçirdiblər. Həmin vaxtlarda isə səhiyyə sistemi həddindən artıq yüklənmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)