ENA+

Türkiyədə dövlət marketlər açır

Türkiyədə dövlətə bağlı Aqrar Kredit Kooperativləri yeni marketlər açacaq. Məqsəd şəbəkə marketlərin qiymətləri yüksəltməsinin qarşısını almaqdır.

ENA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Aqrar Kredit Kooperativlərinə market sayını 180-dən sürətlə 500-ə çatdırılması təlimatı verdiyini bildirib və əlavə edib:

"Aqrar Kredit Kooperativlərinin marketlərilə, şəbəkə marketlərin xüsusilə yüksək qiymətlərlə vətəndaşı sanki istismar etdiyi bir nöqtədə bazarı bizim tənzimləməyimiz lazımdır. İlk etapda 500, daha sonra 1000, daha sonra lazım olsa bu sayı artıracağıq, bu,dövlətin vəzifəsidir". 

1863-cü ildən fəaliyyət göstərən Aqrar Kredit Kooperativləri bir milyondan çox fermerin istehsallarına dəstək verir. Türkiyənin aqrar kredit lideri, fermerlərin sosial-iqtisadi təminatçısı olan Aqrar Kredit Kooperativləri, bu gün, Mərkəzi aparata bağlı bölgə birlikləri, kooperativləri, xidmət büroları, şirkətləri, təxminən 9 min işçisi, 35 milyard TL aktiv böyüklüyü və 850 min ortağı ilə Türkiyənin ən böyük fermer təşkilatıdır. 

Təşkilat marketlərlərində fermerlərdən aldığı məhsulları birbaşa istehlakçılara təklif edir. Bazarda bəzi məhsulların qiymətlərinin həddindən artıq artmasından əhalinin zərər çəkdiyi üçün dövlətin dəstəyilə marketlər yaradılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)