Bank

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfə azalıb

Bu ilin yanvar ayında Azərbaycanın bank sektoru 25,4 milyon manat xalis mənfəət əldə edib.

ENA.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 48,6 % və yaxud təxminən 2 dəfə azdır.

Ötən ay bankların əməliyyat gəlirləri 212,7 milyon manat (illik müqayisədə 2,25 % az), əməliyyat xərcləri 134,9 milyon manat (4,7% az), xüsusi ehtiyatlara ayırmaları 43,4 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 9 milyon manat (57,9% çox) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department