Vakansiyalar

PASHA Bank işçi axtarır - VAKANSİYA

AML və Monitorinq üzrə Təcrübəçi

Vəzifənin məqsədi

Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının almaq üçün müvafiq tədbirlər görmək və komplayns sahəsində Bankın müvafiq qanun, qayda və normalarına riayətetməsində koordinasiyasının qurulması üzrə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri

• Xarici maliyyə institutlarının ÖMT formalarını doldurmaq
• Xarici Mİ-a hesab açılması üçün tələb edilən sənədlərin toplamaq
• Mövcud müxbir bankların illik ÖMT dəyərləndirməsini aparmaq
• Gündəlik əsasda əməliyyatların ÇPY sistem təminatı vasitəsi ilə idarə edilməsinə köməklik göstərmək
• Bankda bütün şübhəli əməliyyatlara qarşı müvafiq tədbir görmək
• Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək
• ÇPY ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına çatdırılmasına dəstək vermək

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat sahəsində (və ya digər uyğun sahədə) ali təhsil (bakalavr)
• Maliyyə, Bank işi bilikləri olanlara üstünlük verilir
• Xarici dillər: İngilis (işlək)
• Kompüter bilikləri: Microsoft Office

Tələblərə cavab verən namizədlərdən öz CVlərini recruitment@pashabank.az email ünvanına məktubun başlıq hissəsində “AML və Monitorinq üzrə Təcrübəçi” qeyd edərək göndərmələri rica olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department