Resant Group işçilər axtarır - VAKANSİYA
Anbardar
Vəzifə öhdəlikləri:
• Anbarda məhsulların qəbulu/verilməsi və qeydə alınması;
• Anbar üzrə hesabatların hazırlanması;
• Anbarda məhsulların dövriyyəsinin izlənilməsi;
• Düzgün malların seçimi və vaxtında çatdırılması;
• Anbarda keçirilən sayımlarda iştirak etməli;
• Çatışmazlıqlar barədə rəhbərə məlumatların verilməsi.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber
Namizədə bağlı tələblər:
• Təhsili: Ali;
• Ofis proqramlar ilə işləmək bilmə bacarığı;
• Məsuliyyətli və aktiv olmaq, kollektivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmaq;
• Qeyd olunan vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
• Cinsi: Kişi.
İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün, 1 gün istrahət;
• Nahar şirkət tərəfindən verilir;
• Aylıq əmək haqqı: 500-700 AZN;
• Karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər mövzu yerində “Anbardar” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
**
Accounts Receivable
Vəzifə öhdəlikləri:
• Faktura və hesabdan çıxarışların hazırlanması;
• Elektron qaimənin tərtib edilməsi;
• Qəbul edilən ödənişlər əsasında debitor borcların silinməsi;
• Faktura sisteminin davamiyyətinin aparılması;
• Hər hansı bir qayda pozuntusu və ya sorğunu araşdırılması və həll etməsi;
• Borclu şirkətlər və səyahət agentlikləri ilə üzləşmə aparılması və aktların hazırlanması;
• Aylıq debitor borclar siyahısının hazırlanması, təhlili və nəticəsini rəhbərliyə təqdim etməsi;
• Mütəmadi olaraq debitor şirkətlərə şifahi və yazılı xatırlaması;
• Ödəniş vaxtı yaxınlaşan və ya gecikmiş borcların yığılması;
• Ümumi maliyyə hesablarının hazırlanmasına və təhlilinə köməkliyin olunması.
Namizədə bağlı tələblər:
• Təhsil-Ali;
• Rus dilini əla, İngilis dilini isə orta səviyyədə bilməli;
• 1C, Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
• Həmin sahədə ən azı 3 il iş təcrübəsi;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
İş Şərtləri:
• İş vaxtı: həftədə 5 gün;
• Əmək haqqı: 1000-1500 AZN.
Maraqlanan namizədlər mövzu yerində “Accounts Receivable” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.