Sənaye

Azərbaycan-İran birgə müəssisəsi olan dərman zavodu bağlandı

Pirallahı Sənaye Parkının rezidenti ləğv olunur.

ENA.az xəbər verir ki, “Caspian Pharmed” qapalı səhmdar cəmiyyəti ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 “A” ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Caspian Pharmed” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 668 000 manatdır və qanuni təmsilçisi Cahangir Eynullayevdir.

Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyətinin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanlar istehsal edilirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)