Vakansiyalar

“Xalq Həyat” Sığorta Şirkəti işçi axtarır - VAKANSİYA

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Əməliyyat və Təkrarsığorta idarəsinin Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

• Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və təkliflərinin hazırlanmasında iştirak;
• Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
• Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
• Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
• Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
• Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
• Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

Tələblər:

• Anderraytinq və ya həkim sahəsində minimum 2 il iş təcrübəsi;
• Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
• Həkim kimi təcrübəsi (minimal 2 il) olanlara üstünlük verilir.

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Əməliyyat və Təkrarsığorta idarəsinin Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

Əlaqə vasitəsi:

E - mail: hr@xalqhayat.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department