Kreml İlon Maskın dəvətinə belə cavab verib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İlon Maskın Putini “Clubhouse” sosial şəbəkəsində söhbət etməyə dəvətinə belə cavab verib:
“İlk olaraq bir şeyə aydınlıq gətirmək istəyirik. Bilirsiniz ki, prezident Putin sosial şəbəkələrdən istifadə etmir. Bu, şübhəsiz ki, çox maraqlı bir təklifdir, lakin biz nəyin nəzərdə tutulduğunu və nəyin təklif olunduğunu başa düşməliyik, məlumatları yoxlamalıyıq, sonra isə reaksiya göstərməliyik”, – Peskov jurnalistlərə bildirib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.