Rəsmi

ABŞ-ın Azərbaycandakı yeni səfiri məlum oldu

ABŞ Senatı bu gün diplomat Erla Litzenberqerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.

"BI" xəbər verir ki, Litzenberqerin namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilib.
 
Səfir postuna təyin edilənə qədər o, Serbiya, Qırğızıstan səfirliklərində, həmçinin Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb. 

Qeyd edək ki, yeni səfir fransız, rus, serb və bolqar dillərini bilir. Evlidir, iki uşağı var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department