Sosial iqtisadiyyat

Ölkədə dövlət sektorunda işçi ixtisarları olub

2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45.2 min nəfər və ya 2.7 faiz artaraq 1 691.8 min nəfər olmuş, onlardan 910.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci il yanvar ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin sayı isə 1 645.4 min nəfər olub ki, bu da illik müqayisədə 3% artım deməkdir.

Ötən ilin eyni ayında isə onlardan 914.5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730.9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Belə ki, cari ilin yanvar ayının 1-nə dövlət sektorunda işçilərin sayı 0.4% azalıb, özəl sektorda isə 7%-ə yaxın artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)