Sosial iqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Rusiyaya ilk ixrac yükü daşınıb

Türkiyədən Rusiyaya ixrac yükləri daşıyan konteyner qatarı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Vorsino stansiyasına çatıb.

“ADY Konteyner” MMC-dən bildirilib ki, stansiyada qatarın qarşılanma mərasimi keçirilib. Mərasimdə “Rusiya Dəmir Yolları”nın nümayəndələri, Türkiyənin Rusiyadakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

15 konteynerdən ibarət qatar ümumilikdə 4650 kilometr yol qət edib. 40 futluq konteynerlərdə Rusiyaya 4 min ədəd Türkiyə istehsalı olan məişət cihazları çatdırılıb. Qatar Bakı–Tbilisi–Qars dəmir yolu və “Şimal–Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə hərəkət edərək təyinat stansiyasına çatıb.

Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və Rusiyanın “Russian Railways Logistics” şirkətləridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)