Vakansiyalar

Kapital Bank işçilər axtarır - VAKANSİYA

Analitika üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssisi (İnsan Resurslarının idarə edilməsi Departamenti)

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Qiymətləndirmə və motivasiya şöbəsində mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Əməkdaşların aylıq və illik fəaliyyət göstəricilərinin təhlili;
• Əməkdaşların fəaliyyət göstəricilərinə uyğun olaraq bonus hesablanmalarının aparılması;
• Maddi motivasiya sisteminin hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Fəaliyyət göstəricilərinin təhlili və bonus hesablanması zamanı istifadə olunan hesabatların optimallaşdırılması;
• HR proseslər üzrə təhlillərin aparılması.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Tələblər:

• Ali təhsilin olması;
• Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
• Əla səviyyədə Excel biliyinin olması;
• Analitik düşünmə qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Xarici nəzarət şöbəsinin mütəxəssisi aparıcı mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Xarici nəzarət şöbəsinin mütəxəssisi aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Bankın həyata keçirtdiyi bankdaxili əməliyyatların aparılmasına nəzarət etmək və kənarlaşmalar haqqında rəhbərini vaxtında məlumatlandırmaq;
• Kreditlər və depozitlər üzrə hesablanmış faizlərin yoxlanılması və fərqin aradan
qaldırilması. Terminalların inkassasiyasına nəzarət, mənfi qalığa çıxan müştəri hesablarının bərpa edilməsi üçün müvafiq departamentləri məlumatlandırmaq və terminallar vasitəsi ilə aparılan əməliyyatlara nəzarət etmək;
• Kredit və depozitlər üzrə bank hesabatlıq sistemindən portfellərin formalaşdırılması, portfel üzrə məlumatların balans hesabları ilə yoxlanılması, aşkarlanmış fərqlər barədə bankın müvafiq strukturlarının məlumatlandırılması və strukturlar tərəfindən fərqlərin və nöqsanların aradan qaldırılmasına nəzarət etmək;
• Gündəlik olaraq tranzit hesablar üzrə qalıqların yoxlanılması, hər hansı bir uyğunsuzluq olduqda filial əməkdaşları ilə əlaqə saxlamaq və fərqi aradan qaldırmaq;
• CMS kreditləri üzrə bank hesabatlıq sistemindən portfellərin formalaşdırılması, portfel üzrə məlumatların balans hesabaları ilə yoxlanılması, aşkarlanmış fərqlər barədə bankın müvafiq strukturlarının məlumatlandırılması və strukturlar tərəfindən fərqlərin və nöqsanların aradan qaldırılmasına nəzarət etmək.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Ən azı 1 illik iş təcrübənin olması;
• Azərbaycan və rus dili əla, inglis dili orta səviyyədə biliklərə malik olması;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
• Dəqiqlik, detallara qarşı diqqətlilik;

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Hesabatlıq şöbəsinin aparıcı baş mütəxəssisi

Kapital Bank namizədləri Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Hesabatlıq şöbəsinin aparıcı baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Gündəlik və aylıq hesabatlarının hazırlanması;
• Yeni hesabatların hazırlanması üçün məlumatların təhlil edilməsi;
• Audit hesabatları;
• Şöbənin funksiyasından irəli gələn digər işlə.

Tələblər

• Bank mühasibat uçotu bilikləri;
• Bankda müvafiq sahədə ən azı 2-3 illik təcrübə;
• Analitik qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı;
• Bəynəlaxalq sertifikatların olması (CFA. ACCA) üstünlükdür;
• Məsuliyyətlilik, operativlik, dəqiqlik;
• Kompyuter bilikləri: Excel, PPT, SQL.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Maliyyə menecment Departamentinin Strategiya Və Büdcə şöbəsinin Baş mütəxəssisi/ Meneceri

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin Baş mütəxəssisi/ Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması
• Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması
• Bankın müxtəlif Struktur Bölmələri/Sahələri üzrə Performansın İdarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Kredit anderraytinq Departamentinin Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderrayting Departamentinin Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Regionlarda olan ipoteka kredit safarişlərin əmlaklarının qiymətləndirilməsi;
• Gördüyü işlər haqqında şöbə rəisinə gündəlik məlumat təqdim etmək;
• Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirmək.
• Biznes kreditlərinin girovlarının qiymətləndirilməsi
• Notariat işlərinin görülməsi (girova götürülmüş əmlakları ipoteka etmək)
• Gördüyü işlər barəsində hesabat aylıq hesabat

Tələblər

• Maliyyə, İqtisad sahəsində ali təhsil;
• Qiymətləndirmə işləri üzrə iki il iş təcrübəsi
• Yüksək səviyyədə MS Office bilikləri və ən əsası excell bilikləri mükəmməl
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis dili biliyi arzuolunandır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

***

Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri

Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Analitika şöbəsinin Baş mütəxəssisi/ Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankın gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
• Məhsullar və biznes istiqamətləri üzrə performans təhlillərinin aparılması;
• Yeni biznes istiqamətləri üzrə qiymətləndirilmənin aparılması, biznes modelin tərtib olunması;
• Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
• Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
• Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
• Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
• Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
• Yüksək analitik qabiliyyət;
• Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (CFA arzuolunandır).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department