Biri polkovnik-leytenant olmaqla 5 hərbçimiz minaya düşdü - Yenilənib
Azərbaycanda polkovnik-leytenant minaya düşüb.
“ENA” xəbər verir ki, bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.
O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.
***
“Report”un məlumatına görə, daha 4 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayevdir.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.
Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.