Statuslar

Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq?

Mənə maraqlıdır ki, SOCAR yaxın 20 ili necə görür? Bərpaolunn enerjinin payını artması fonunda hansı qabaqlayıcı addımları atır? Bp kimi iri neft şirkəti profilini dəyişərək yaşıl enerjiyə konsentrasiya olub. Bəs SOCAR hansı addımı atıb?

Son illər SOCAR-ın əsas fəaliyyəti neft emalı zavodunun tikintisinə, qazlaşdırma fəaliyyətinə, yanacaqdoldurma məntəqələrini tikintisinə yönəlib. Ən yaxşı halda Azərbaycanda qeyri-neft sektoruna daxil olaraq ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilib.

İsveçrədə yaratdığı və gəlirlərini 70%-dən çoxunu formalaşdırdığı SOCAR-Trading şirkət isə neft məhsulları satır.

Sabah neft-qaza tələbat kəskin azalsa, ölkənin ən böyük şirkətinin taleyi necə olacaq? Suallar çoxdur, onlara cavab tapmaq üçün bir vətəndaş kimi şirkətin strateji sənədini görməliyik. Həmin sənədin isə ancaq adı var.

Samir Əliyev
İqtisadçı ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department