Sənaye

“Petkim” və STAR-ın birləşməsi 2-3 il içində reallaşa bilər”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımları olan "Petkim" neft-kimya kompleksi və STAR neft emalı zavodunun (NEZ) birləşməsi 2-3 il müddət çəkə bilər.

Bunu "SOCAR-Türkiyə Emal və Neft-Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov Türkiyənin "Bloomberg" telekanalının “Finans mərkəzi” proqramında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iki müəssisə arasında istehsalat tərəfindən inteqrasiya artıq əldə edilib: “Buna baxmayaraq, hüquqi olaraq onlar iki ayrı şirkətdir. Lakin bizim son hədəfimiz "Petkim"lə Star-ı birləşdirməkdir".

O, şirkət yatırımları haqqında “Petkim”in STAR-da pay almaq planlarının olmadığını da qeyd edib. COVID-19 pandemiyası zamanı istehsal gücünün azalmadığını bildirən A. Məmmədov 2020-ci ildə istehsal baxımından 2019-cu ilin göstəricilərindən uzaq deyilik: “Balansla bağlı gözləntilərimiz də mənfi deyil.

Pandemiya dövründə ərzində neft qiymətlərinin artmasının qısa müddətdə mənfi təsirlərindən olduğunu bildirən A. Məmmədov bu il ixracı azaltdıqlarını və əsas məqsədlərinin daxili bazar olduğunu vurğulayıb: “Petkim” olaraq bizim bazar payımız 18 % səviyyəsindədir. Türkiyənin ehtiyaclarının qarşılamaq üçün 5 belə neft-kimya kompleksinə daha ehtiyac var. Eyni şəkildə neft emalı zavodu tərəfindən STAR-ın fəaliyyətə başlamasından sonrası dizel bazarında da çatışmzalığımız mövcuddur. Türkiyə ildə 3-4 milyon ton dizel idxal etmək məcburiyyətindədir. Kəsirin azalması və yerli istehsalçının güclənməsi üçün yeni investisiyaları dəstəkləyirik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)