Tenderlər

“Yelo Bank” elektrik quraşdırma işlərinin icrası məqsədilə açıq tender elan edir

“Yelo Bank” ASC yeni inzibati binası üçün layihəyə uyğun elektrik quraşdırma işlərinin icrası məqsədilə açıq tender elan edir.

Texniki şərtlər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

–    Qiymət təklifi

–    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

–    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

–  Malların göndərilməsi, daşınmazı və quraşdırılması ilə bağlı hər hansı subpodratçıdan istifadə olunduğu halda bu subpodratçı haqqında məlumatlar

–   Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

          –     Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan          

             olunduqdan sonra)

 

  1. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

–    Təqdim ediləcək məhsulların keyfiyyəti

–    Təklif ediləcək xidmət və ya məhsulun qiyməti

–    İştirakçı şirkətin bu sahədə təcrübəsi

–    Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti

–    Müqavilənin icra müddəti

–    Texniki servis xidmətinin müddəti

 

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 11 fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

 

 

  • Ödəniş və digər şərtlər

 

–    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

–    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

–    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.

–    Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.

–    Təklif qiyməti bütün vergilər daxil AZN-lə təsvir olunmalıdır.

–    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

 

  1. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı;

 

6 .Satınalan təşkilatın ünvanı 

 

  • Bakı ş. Puşkin küçəsi 30, AZ1010

 

  • Əlaqələndirici şəxs: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

nbakhshiyeva@yelo.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department