Vakansiyalar

Technoil LLC işçi axtarır - MAAŞ 2000 MANAT

Satınalma və logistika üzrə menecer

Tələblər:

- Təchizat müdiri vəzifəsində zəngin iş təcrübəsi
- Rus (mükəmməl) və ingilis dili bilikləri vacibdir
- Təzyiq altında işləmək bacarığı
- Microsoft Office, 1C proqramları ilə sərbəst işləmək qabiliyyəti

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifələr:

- Şöbələrdən gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
 T-əchizatçı firmalarla danışıqlar aparmaq, dayanıqlı və effektiv biznes əlaqələri qurmaq
- Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq
- Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən tədarük zənciri prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək
- Satınalmalar qanunlarına əsasən müqavilələrin reviziyası, təkmilləşdirilməsi və tərtib edilməsi
- Müqavilələr və layihələr üzrə risk analizlərinin aparlıması və tədbirlər planının hazırlanması
- Rüblük və illik satınalma büdcəsinin işlənilməsi, xərclərin optimallaşdırılması

Vəzifədən irəli gələn səriştələr:

- Yüksək ünsiyyət bacarığı
- İdarəetmə və liderlik bacarığı
- Analitik müqayisələndirmə və planlama bacarığı
- Stresə və iş yükünə davamlılıq
- Aktivlik və çeviklik
- Kommunikasiya bacarıqlarının olması
- Nizam-intizam

Əmək şəraitinin şərtləri

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İş yeri Sumqayıt şəhərində yerləşir
- Kişi namizədlərə üstünlük verilir
- İşə qəbul ARƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əmək haqqı : 2000 AZN (Net)

Xahiş edirik, mövzu hissəsində “Satınalma və logistika üzrə menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department