Bu kriptovalyutanın məzənnəsi sürətlə artır
Pandemiya şəraitində rəqəmli pullara marağın artması Ethereumun da son vaxtlar sürətli bahalaşmasına rəvac verib.
ENA.az “Coin MarketCap”a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 12-yə olan vəziyyətə görə, “Ethereum” 10,57 faiz bahalaşaraq 1 566 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 8,67 faiz bahalaşaraq 1 543 dollardan satılıb. “Ethereum”un bundan əvvəlki rekord məzənnəsi 1 428 dollar yanvarın 19-da qeydə alınmışdı.
Bununla yanaşı, ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün 6,5 faiz bahalaşaraq 36 500 ABŞ dollarından satılır.
“Binance”ın Rusiyadakı nümayəndəsi Qleb Kostarev kriptovalyutaların artımını törəmələr bazarındakı canlanmanın nəticəsi kimi qiymətləndirərək “Etheurum”dakı artımın bütün kriptovalyutalara sirayət etdiyini bildirib.