BİZNES

Jeff Bezos vəzifəsini tərk edir

ABŞ-ın elektron ticarət nəhəngi Amazon, şirkətin Baş direktoru (CEO) Jeff Bezosun bu ilin üçüncü rübündə vəzifəsini tərk edəcəyini açıqlayıb.

ENA.az xəbər verir ki, açıqlamada, Bezosun şirkətin Müşahidə Şurasının sədri olaraq qalmağa davam edəcəyi qeyd edilib. Amazonun Baş direktoru vəzifəsinə Andy Jassy-in təyin olunacağı bildirilib.

Qeyd edək ki, Amazonun rüblük gəliri ilk dəfə 100 milyard dolları aşıb. Amazonun satışları 2020-ci ilin dördüncü rübündə 2019-cu ilin ilin eyni rübü ilə müqayisədə 44% artaraq 125,6 milyard dollara çatıb.

Şirkətin satışları 2020-ci il ərzində də artıb. Amazonun cəmi satışları  2020-ci ildə 38% artımla 386,1 milyard dollar təşkil edib.

Amazonun xalis mənfəəti 2020-ci ildə 21,3 milyard dollar təşkil edib. Bir səhmə düşən mənfəət keçən il 41,83 dollar olub. Amazon 2019-da 11,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)