Vakansiyalar

Azertexnolayn MMC işçi axtarır - VAKANSİYA

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Keyfiyyətə Nəzarət Şöbə rəisi

Əmək funksiyası:

- Şirkətdaxili təsdiq olunmuş ana prosedurların tələblərinə riayət olunmasının izlənilməsi;
- Düzəldici və önləyici fəaliyyətlərin hesabat cədvəlinin izlənməsi;
- Şirkətdaxili və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsdiq olunmuş ana proseslərin işləyişinə nəzarət;
- Ehtiyaca görə yeni prosedur və formaların yazılmasına nəzarət;
- Şirkətdaxili sənədlərin işləyişinə nəzarət;
- Avadanlıqların mütəmadi kalibrasiya olunmasına nəzarət;
- Şirkətin digər strukturlarına beynəlxalq sertifikatların alınması üçün lazımi işlərin həyata keçirilməsi və izlənməsi;
- Əsas vəsaitlərin alınması zamanı məhsulun sertifikatlarının və passportlarının uyğun şöbələrdə olub-olmamasına nəzarət;
- Yeni sənəd formalarının, prosedurların yaradılmasını, razılaşdırılmasını və onlarda dəyişikliklərə nəzarət;
- Keyfiyyət sertifikasiyasına uyğun olaraq daxili auditin keçirilməsi plan-qrafikini hazırlamaq;
- Xammalın, texnologiyanın, istehsal prosesinin, hazır məhsulun və xidmətlərin keyfiyyətlərinə nəzarət edir;
- Yeni sənədlərin yaradıcılarına məsləhətlərini verir;
- Yeni yaradılan sənədlərin standartların uyğunluğuna nəzarət edir;
- Yaradılan sənədlərin qeydiyyatını aparır;
- Şirkətin keyfiyyət üzrə məqsədinin və siyasətinin yaradılmasında iştirak edir;
- İşçi heyətin keyfiyyət üzrə sertifikasiyası sahəsində tədris kurslarının həyata keçirilməsinin izlənilməsi;
- Keyfiyyət sertifikasiyası sahəsində informasiyanı sistemləşdirir və rəhbərliyə təhlil üçün təqdim edir

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Bilməlidir:

- ISO 16949, ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 29001, ISO 17025 standartlarını;
- Şirkətin keyfiyyət sahəsində siyasət və məqsədlərini;
- Keyfiyyət İdarəetmə Sistemlərinin sənədlər toplusunu;

Namizədə tələblər:

- Ali təhsil
- Rus və İngilis dillərini mükəmməl bilməli
- Anoloji sahədə 5 il iş təcrübəsi

Təminatlar:

- Nahar və servis şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün)
- Şənbə və bazar istirahət

Tələblərə uyğun gələn namizədlər CV-lərini “KN Şöbə rəisi” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Metalın fiziki, kimyəvi xassəsi haqqında bilgiləri, təcrübəsi olan namizədlər müraciət etsinlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department