Vakansiyalar

Modenis LLC işçi axtarır - MAAŞ 2200-2500 MANAT

Vəzifə adı: İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis

Vəzifə öhdəlikləri:

• Biznes strategiyasına uyğun olaraq informasiya təhlükəsizliyi üzrə siyasət və standartların tətbiqi və təkmilləşdirilməsi;
• İnformasiya təhlükəsizliynin təmin edilməsi üçün siyasət, qayda, prosedur və təlimat üzrə işlərin yerinə yetirilməsi , nəzarət mexanizminin qurulması və bu sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi ;
• Müəssisədə informasiya təhlükəsizliyinin ölçmə meyarlarının müəyyən edilməsi və nəzarət olunmasına (monitorinq) tələblərin müəyyən edilməsi
• İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması;
• Məlumatların klassifikasiyasını həyata keçirmək;
• İT resurslarında istifadəçi hüquqlarının müəyyən edilməsi və bu istiqamətdə periodik müşahidələrin aparılması;
• İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək;
• Əməkdaşların müəssisə resurslarında informasiya təhlükəsizliyi qaydalarına əməl etməsi üçün maarifləndirmə işlərinin təşkili;
• İT infrastrukturunda təkmilləşdirmə işlərinin bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
• İnformasiya təhlükəsizliyi üzrə hesabatların hazırlanması;

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə qoyulan tələblər:

• Ali təhsil (Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi olanlara üstünlük veriləcək) ;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Komanda şəklində işləmə bacarığı;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Sənədlərlə işləmək qabiliyyəti;
• İT təhlükəsizliyi həlləri üzrə biliklərin olması;
• Dil bilikləri: Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq; İngilis dili – Intermediate, Rus dili – B1. ;
• Müvafiq sahə üzrə standartları bilməsi və sertifikatların olması;

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 2200-2500 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department