Aqrar

Azərbaycan Rusiyadan taxıl alan TOP-5 ölkə sırasındadır

2020-ci il 1 iyuldan 2021-ci il 25 yanvara qədər Rusiya Federasiyasından taxıl ixracı 32,422 milyon ton təşkil edib, bu da bir il əvvəlki mövsümün göstəricisindən 20,4% və 26,92 milyon ton çoxdur. Azərbaycan Rusiyadan taxıl alan TOP-5 ölkənin siyahısına daxildir. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Analitika Mərkəzi məlumat verib. Yanvarın 19-dan 25-dək 924,4 min ton taxıl ixrac olunub. Həmçinin, 806,9 min ton buğda, 81,4 min ton qarğıdalı və 39,6 min ton arpa xaricə ixrac edilib. Əsas alıcı ölkə Türkiyə olub - 208,6 min ton. İkinci yerdə Gürcüstan qərarlaşıb - 157,2 min ton, Misir üçüncü yerdədir - 129 min ton. Həmçinin Sudan 66 min ton və Azərbaycan 42,6 min ton idxal edib. 

Kənd təsərrüfatı ili başlanandan ən iri alıcılar Misir (5,9 milyon ton, ixracın həcmindən 18%), Türkiyə (5,6 milyon ton, 17%), Səudiyyə Ərəbistanı (2,1 milyon ton, 6%), Banqladeş (1,4 milyon ton, 4%), Azərbaycan (1,2 milyon ton, 4%) olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)