Bank

"TBC Bank"ın Azərbaycandakı törəməsinin rəhbəri dəyişib

"TBC Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

ENA.az xəbər verir ki, bu, Əjdər Əliyevdir.

O, bu vəzifədə Spartak Tetraşvilini əvəz edib.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,5 milyon manatdır. BOKT-nin təsisçisi 100 % Gürcüstanın “TBC Bank”ıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)