Sosial iqtisadiyyat

Mikayıl Cabbarov : "2025-ci ilə qədər qeyri-neft ixracı 2 dəfə artırılacaq"

"Azərbaycandan ixracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur".

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, 2025-ci ilə qədər qeyri-neft ixracının 2 dəfə artırılması hədəflənir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın ümumi ixracı 13,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 1,9 milyard ABŞ dolları dəyərində olub. Ötən il Rusiyaya 691 milyon, Türkiyəyə 377,8 milyon, İsveçrəyə 224,8 milyon, Gürcüstana 127,6 milyon və Çinə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205,6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131,9 milyon ABŞ dolları) üçüncü olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)