Aqrar

Rusiya taxılın ixrac vergisini 2 dəfə artırdı: un bahalaşa bilərmi?

Martın 1-dən iyunun 30-na qədər Rusiyadan ixrac olunan buğdanın hər tonu üçün vergi 50 avro olacaq.

Bununla bağlı hökumət qərar qəbul edib.

Məlumata görə, bu, indiki vergi ilə müqayisədə 2 dəfə çoxdur.

Rusiyanın İqtisadiyyat nazirinin müavini Vladimir İliçyov bildirib ki, bazarda vəziyyəti izləməyə davam edəcəklər və lazım olsa verginin məbləğinə düzəliş edilməsi mümkündür.

Azərbaycan 2020-ci ildə 1 365 100.13 ton buğda alıb. Bu isə 296 905.18 min dollar gömrük dəyərinə malikdir. Ümumi idxalda isə 2.77% təşkil edir və bu o deməkdir ki, kifayət qədər çəkiyə malikdir. Eyni zamanda qeyd edək ki, Azərbaycan buğdanın daha çox hissəsini Qazaxıstandan alsa da Rusiyadan alınan buğdanın həcmi də az deyil. Gömrük dəyərinin 2 dəfə artması isə yəqin ki, un bazarında qiymət artımı yaradacaq.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)