Tonoyan : “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”
Ermənistan sabiq müdafiə naziri David Tonoyan Qarabağ savaşındakı məğlubiyyətindən sonra ilk dəfə müsahibə verib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Rusiyanın müttəfiq öhdəliklərini maksimum icra etdiyini söyləyib.
“Müharibə dövründə mən daim Rusiya müdafiə naziri Sergey Şoyqu ilə əlaqədə idim. Elə günlər olurdu ki, biz telefonda bir neçə dəfə danışırdıq. Məlum səbəblərdən hər şeyi açıqlaya bilmərəm amma onu deyim ki, müharibə dövründə Rusiya müttəfiq ölkə kimi üzərinə düşəni maksimum icra etdi. Bundan başqa, müntəzəm əlaqə sayəsində, bir sıra çox vacib məsələləri də həll etmək mümkün oldu”.
David Tonoyan Nyu-Yorkda erməni icması qarşısında çıxışı zamanı “yeni müharibə, yeni ərazilər” ifadəsini işlətdiyi üçün peşman olmadığını da əlavə edib. Sergey Larvorun bununla bağlı iradını qəbul etməyən eks-nazir həmin ifadəni rəsmi Bakının müharibə mesjlarına cavab olaraq işlətdiyini də deyib.