“Qala”ların maliyyəsinə nəzarət edən şəxs yeni dağ-mədən şirkəti təsis etdi
Azərbaycanda yeni dağ-mədən şirkəti yaradılıb.
ENA.az xəbər verir ki, bu şirkətin adı “Azdağmədən” MMC-dir.
“Azdağmədən” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Polad Hümmətov Akif oğludur.
Polad Hümmətov “Qala Sığorta” və “Qala Həyat Sığorta” sığorta şirkətlərinin Təftiş Komissiyasının sədridir.
Qeyd edək ki, dağ-mədən şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.6 ünvanıdır.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber