ABŞ ÜST və Paris müqaviləsinə yenidən qayıdır
ABŞ prezidenti Cozef Bayden ölkənin iqlim üzrə Paris müqaviləsinə geri qayıtması ilə bağlı fərman imzalayıb.
ENA.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısının digər fərmanına əsasən ABŞ, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən üzv olacaq.
Bundan başqa, Orta Şərq ölkələri vətəndaşlarının ABŞ-a girişinə qoyulan məhdudiyyətlər də ləğv edilib.
Qeyd edək ki, ABŞ ÜST və iqlim üzrə Paris müqaviləsindən keçmiş prezident Donald Trampın imzaladığı müvafiq fərmanlarla çıxıb.