Berlin və Vaşinqton “Şimal axını-2” layihəsində ortaq məxrəcə gələcəkmi?
Angela Merkel kabineti ABŞ-ın yeni administrasiyası ilə “Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatması məsələsinin müzakirələrinə təkan verməyə hazırlaşır.
ENA.az xəbər verir ki, Co Bayden Ağ evdəki Oval kabinetdə ABŞ Prezidenti postunda öz səlahiyyətlərinə başlayandan sonra məsləhətləşmələrə start veriləcək.
AFR-in Xarici İşlər Nazirliyinin rəhbəri Hayko Maas ötən ilin sonunda Prezident seçkilərində qələbə qazanan Co Baydenin komandasının məsləhətləşmələri hökumət səviyyəsində aparılacağını vəd etdiyini xatırladaraq deyib: “Yeni administrasiya öz səlahiyyətlərinə başlayan kimi biz Vaşinqtonda həmkarlarımızla bu məsələni də müzakirə etmək istərdik. Biz bu qərarı müsbət hesab edirik, lakin, eyni zamanda, keçmişdə baş verən vəziyyət nəzərə alınmaqla, tikintini bilavasitə icra edənlərin hərəkətini qabaqcadan bilmək bizim üçün hələ çətindir”.