Avtomobil

2020-ci ildə Azərbaycana təxminən 648 milyon dollarlıq maşın gətirilib

2020-ci ildə Azərbaycana 647 milyon 596,79 min dollar dəyərində 53 min 729 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan avtomobillərin sayı 2019-cu illə müqayisədə 12,6% artıb.

Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – 542 milyon 389,15 min dollar dəyərində 49 min 692 ədəd avtomobil (artım 15,1%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin 8 milyon 330,58 min dollar dəyərində 167 ədəd elektrokar və 28 milyon 32,44 min dollar dəyərində 5 min 8 ədəd hibrid avtomobil gətirilib.

2020-ci ildə ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş 55 milyon 774,79 min dollar dəyərində 3 min 626 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,1%), o cümlədən 18 milyon 948,91 min dollar dəyərində 152 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 33,1%) gətirilib.

Bundan başqa, hesabat ilində respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 30 milyon 483,94 min dollar dəyərində 259 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 52,7%) gətirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)